12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Salyanda 62 yaşlı kişi güllələnib
Tarix: 12-09-2025 22:10 | Bölmə: Xəbərlər
Salyanda 62 yaşlı kişi güllələnib

Salyan rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Tağıyev İskəndər Adışırin oğlu bədənini müxtəlif yerlərində güllə seçmə yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının dediyinə görə, İ. Tağıyev çöldə böyürtkən yığan zaman tanımadığı şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
9-09-2025, 07:58 Kiyev niyə uduzur?