İki ölkə Polşaya döyüş təyyarələri göndərir
Tarix: 12-09-2025 00:28 | Bölmə: Xəbərlər
İki ölkə Polşaya döyüş təyyarələri göndərir

Fransa və Böyük Britaniya Rusiyanın pilotsuz təyyarələrinin hücumu ilə əlaqədar “Rafale” və “Eurofighter” döyüş təyyarələrini Şərqi Avropaya göndərmək niyyətindədirlər.

Reyting.az
“Onet”ə istinadla xəbər verir ki, bunu Polşanın Müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

Onun sözlərinə görə, Rusiya pilotsuz təyyarələri ilə bağlı insidentdən sonra ölkəsinin müttəfiqləri kömək üçün konkret addımlar atıblar. Hollandiya üç “Patriot” batareyasından ikisinin çatdırılmasını sürətləndirəcək.

“Onlar qısamənzilli hava hücumundan müdafiə sistemlərinin və pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı qərar qəbul edirlər, 300 əsgər göndərirlər”, - nazir izah edib.

Çexiya həmçinin Polşaya üç “Mi-17” helikopteri və 1000-ə yaxın əsgər göndərməlidir.

Daha sonra Fransa prezidenti Emmanuel Makron Polşaya üç “Rafale” qırıcısını bu ölkənin və Şərqi Avropanın digər ölkələrinin hava məkanında patrul etmək üçün göndərəcəyini bildirib.

Onun sözlərinə görə, o, bu qərarı NATO-nun baş katibi Marko Rutte və “Şərq cinahının qorunmasında da iştirak edən” Böyük Britaniyanın baş naziri Keir Starmerlə müzakirə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
9-09-2025, 07:58 Kiyev niyə uduzur?