Tramp: Hücum etsəniz, sizi ovlayacağıq
Tarix: 12-09-2025 00:04 | Bölmə: Xəbərlər
Tramp: Hücum etsəniz, sizi ovlayacağıq

ABŞ prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il hücumlarının ildönümü ilə əlaqədar Pentaqonda təşkil edilən mərasimdə həyatını itirənləri yad edib.

Reyting.az
-ın məlumatına görə, 11 sentyabrdan sonra başlayan əməliyyatlara toxunan Tramp deyib ki, ABŞ-a hücum etsəniz, sizi ovlayacağıq. Harada olursunuzsa olun, sizi tapacağıq və ABŞ qalib gələcək.

“11 sentyabr 2001-ci il tarixini heç vaxt unutmayacağımıza dair təntənəli andımızı bir daha təsdiqləyirik”,- deyən Tramp, hücumlarda həyatını itirənlərin xatirəsini ayrı-ayrılıqda yad etdiklərini bildirib.

ABŞ-nın bu cür hücumlar qarşısında daha güclü olduğunu bildirən Tramp əlavə edib ki, bu səbəbdən Müdafiə Nazirliyinin adını bir müddət əvvəl dəyişdirdiblər: “Müharibə Nazirliyi çox fərqli olacaq. Əgər bizə hücum etsəniz, sizi ovlayacağıq və sizə qalib gələcəyik”.

Tramp bir daha belə hücumlarla qarşılaşmayacaq qədər güclü olduqlarını deyərək, administrasiyasının bu mövzuda əhəmiyyətli addımlar atdığını bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
9-09-2025, 07:58 Kiyev niyə uduzur?