13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Cəlilabadda məktəbli bıçaqlanıb
Tarix: 16-09-2025 15:11 | Bölmə: Xəbərlər
Cəlilabadda məktəbli bıçaqlanıb

Bu gün Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında münaqişə baş verib.

Reyting.az
Oxu.az-a istinadən xəbər verir ki, 17 yaşlı S.Ə. sinif yoldaşı, yaşıdı K.İ.-yə bıçaqla xəsarət yetirib.

Bıçaqlanan yeniyetmə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

S.Ə. polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər