13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Dövlətə məxsus 55 maşın hərracda satılıb
Tarix: 16-09-2025 18:00 | Bölmə: İqtisadiyyat
Dövlətə məxsus 55 maşın hərracda satılıb

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb.

Reyting.az
xəbər verir ki, nəqliyyat vasitələrinə sifarişlərin çox olması hərracı rəqabətli edib.

Start qiyməti 18 min manat olan "Land Rover Defender" markalı avtomobil 32 min manata, 24 250 manat olan lot üzrə avtomobillər isə 35 min manata satılıb.

Növbəti hərraclar 23 və 30 sentyabrda keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarıacaq.

Satışa çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3MswzT linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.




Bölməyə aid digər xəbərlər