Saray rəhbərliyi Müsavata problem yaratdı
Tarix: 07-10-2019 15:34 | Bölmə: Xəbərlər
Saray rəhbərliyi Müsavata problem yaratdı

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirməyə razılıq versə də, saray sahibi bununla razı deyil.

Reyting.az
Modern.az-a istinadla xəbər verir ki, “Büllur”dan bildiriblər ki, həmin obyekt uzun müddətdir şadlıq sarayı kimi fəaliyyətini dayandırıb. İndi həmin ərazidə “Büllur” kafe və mərasim evi fəaliyyət göstərir.

O da bildirilib ki, həmin obyektin rəhbərliyi Müsavatın qurultayının orada keçirilməsinə razı deyil. Bununla bağlı etiraz Müsavata da çatdırılıb.

Yaranmış mübahisəli vəziyyəti Müsavat Partiyası da təsdiqləyib. Müsavat başqanın müavini Səxavət Soltanlı deyib ki, yeni məkan axtarılır:

“Əvvəlcə o məkanla maraqlanmışdıq. Biz indi həmin yerlə əlaqə saxladıq, onlar bizim tədbirimizin keçirilməsinin mümkün olmadıqlarını bildiriblər. Yeni məkanla bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə sədrlik uğrunda mübarizə aparacaq.

Bildirək ki, sözügedən obyekt populyar müğənni Ağadadaş Ağayevə məxsusdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}