İlham Əliyev Donald Trampa təşəkkür edib
Tarix: 17-09-2025 11:19 | Bölmə: Xəbərlər
İlham Əliyev Donald Trampa təşəkkür edib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Reyting.az
xəbər verir ki, bu barədə İlham Əliyev "X"də paylaşım edib:

"Prezident Donald Tramp, təşəkkür edirəm, "TruthSocial" hesabınızda paylaşdığınız xoş sözlərinizə görə minnətdaram. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində və tarixi Vaşinqton sammitinə ev sahibliyi etməyinizdə oynadığınız mühüm rolu yüksək qiymətləndirirəm".

Dövlət başçısı əlavə edib ki, Donald Tramp Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarıdır: "Dostluğumuzu yüksək dəyərləndirirəm"




Bölməyə aid digər xəbərlər