16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İçərişəhərdə quldurluq edən Bakı sakini tutuldu
Tarix: 06-11-2019 10:50 | Bölmə: Xəbərlər
İçərişəhərdə quldurluq edən Bakı sakini tutuldu

Bakıda quldurluq hadisəsi baş verib.

Reyting.az
DİN-ə istinadla bildirir ki, noyabrın 2-də İçərişəhərin M.Maqomayev küçəsində saat 12:30 radələrində naməlum şəxs Bakı şəhər sakini C.Rüstəmbəylini bıçaqla hədələyərək 200 manat pulunu quldurluq yolu ilə ələ keçirib.

Daha sonra C.Rüstəmbəyli hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 1997-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}