Bakıda səfirin müşavirinin maşını yanıb
Tarix: 09-12-2019 10:44 | Bölmə: Xəbərlər
Bakıda səfirin müşavirinin maşını yanıb

Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.

Hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}