17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Alimlər koronavirusa qarşı vaksin hazırladı
Tarix: 29-01-2020 10:21 | Bölmə: Xəbərlər
Alimlər koronavirusa qarşı vaksin hazırladı

Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb.

Xarici KİV-lər yazır ki, vaksinlər ilk növbədə heyvanlar üzərində yoxlanılacaq və bunun üçün uzun müddət lazım gələcək.

Honkonq Universitetinin professoru Yuen Kvok-Yunq bildirib ki, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.

Qeyd olunur ki, tədqiqatçılar adi qripə qarşı peyvəndi koronavirusun səthi antijeninin bir hissəsinə əlavə edərək dəyişdiriblər. Onların iddiasına görə, beləliklə, yeni peyvənd qrip və pnevmoniyaya səbəb olan koronavirus xəstəliyinin qarşısını ala bilər.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}