Avropa Ukraynaya yeni yardım verib
Tarix: 10-09-2025 15:27 | Bölmə: Xəbərlər
Avropa Ukraynaya yeni yardım verib

Ukrayna ERA proqramı çərçivəsində Avropa İttifaqından bir milyard avro məbləğində makromaliyyə yardımının növbəti tranşını alıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Svırıdenko Telegram kanalında bildirib.

Y. Svırıdenko qeyd edib ki, bu tranş Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən maliyyələşdirilir və Ukraynanı kütləvi raket hücumlarına qarşı gücləndirir.

"Bu vəsait xilas edilmiş həyatlar, yenidən qurulan şəhərlər və Ukrayna üçün inamlı Avropa gələcəyi deməkdir", - Ukraynanın baş naziri əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
Dünən, 07:58 Kiyev niyə uduzur?