10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib
Tarix: 11-09-2025 16:26 | Bölmə: Xəbərlər
Sürücülük vəsiqəsi ilə bağlı yeni qərar verilib

Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"yə dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra sürücülük vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Sürücülük vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin vəsiqənin təqdim edilməsinə bərabər tutulacaq.




Bölməyə aid digər xəbərlər
9-09-2025, 07:58 Kiyev niyə uduzur?