“Qüds” qüvvələrinin komandanı öldürülüb?
Tarix: 01-04-2020 20:06 | Bölmə: Xəbərlər
“Qüds” qüvvələrinin komandanı öldürülüb?

Səudiyyə Ərəbistanına bağlı “Iran Iinternatinal” nəşri “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaani və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) digər təmsilçisi olan Əmir Purdestanın öldürülməsi xəbərini yayıb.

Reyting.az
“Təsnim”-ə istinadla xəbər verir ki, “Iran Iinternatinal” İsrailin Suriyadakı son hava hücumu əməliyyatları zamanı hər iki şəxsin həlak olduğunu iddia edib. Xəbər qısa zamanda bütün sosial şəbəkələrdə dolaşıb.

Eyni zamanda, Rusiyaya bağlı “RT” martın 31-də “Qüds” qüvvələrinin komandanı general Qaaninin gizli şəkildə İraqın paytaxtı Bağdada səfər etdiyi barədə məlumat verib. Onun Bağdadda bir sıra İraq rəsmiləri ilə görüşdüyü bildirilib.

İranlı hərbi müxbir Hüseyni Dəlirian öz “Twitter” hesabında Əmir Purdestanın öldürülməsini təkzib edib: "Bir neçə dəqiqə əvvəl Ordu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əmir Purdestanla telefonla danışdım. O, hazırda İrandadır və Suriyada şəhid olması ilə bağlı xəbərlər yalandır”, - deyə Dəlirian tvit atıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}