16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
İstanbul-Bakı reysinə kimlər buraxılacaq? - Açıqlama
Tarix: 02-07-2020 15:06 | Bölmə: Xəbərlər
İstanbul-Bakı reysinə kimlər buraxılacaq? - Açıqlama

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Azərbaycan vətəndaşları ilə yanaşı, İstanbul-Bakı reysinə buraxılan şəxslər barədə məlumat yayıb.

AZAL-dan Reyting.az-a verilən məlumata görə, belə ki, Azərbaycan vətəndaşları ilə yanaşı İstanbul-Bakı reysinə aşağıdakı şəxslər də buraxılır:

- Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan vətəndaşı olan əcnəbilər;

- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Xatırladaq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}