Keçmiş naziri qətlin təşkilinə görə həbs ediblər
Tarix: 16-07-2020 16:11 | Bölmə: Xəbərlər
 Keçmiş naziri qətlin təşkilinə görə həbs ediblər

Tatarıstanın keçmiş naziri qətlinin təşkilində şübhəli bilinərək tutulub.

Reyting.az
“SKR”-ə istinadla xəbər verir ki, o, 2003-cü ildə Buinski rayonunun rəhbəri olarkən respublikanın eyni bölgəsində yaşayan bir qadının qətlini təşkil edib.

Qeyd olunduğu kimi, qətlin səbəbi "şübhəli şəxsin hərəkətləri barədə şikayətlərlə müxtəlif orqanlara müraciət edən zərərçəkmişin fəal vətəndaş mövqeyi" olub. Cinayəti törətmək üçün, o, Kazan kriminal aləminin üzvünə 180 min rubl pul ödəyib.

Bu arada, məlumatlı bir mənbə, “İnterfaks”-a sözügedən şəxsin Tatarıstanın keçmiş Ekologiya və təbii sərvətlər naziri Aqlyam Sadreddinov olduğunu bildirib.

2012-ci ilin avqustunda Sadreddinova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə barədə cinayət işi açılıb. 2014-cü ildə Kazan şəhərinin Volqa Rayon Məhkəməsi sabiq nazirin səhlənkarlıq etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, Sadreddinov, 2007-ci ilin iyunundan 2010-cu ilin noyabrınadək Tatarıstanın Ekologiya naziri olub.

Həmçinin, Sadreddinov 1998-ci ildə Tatarıstanın Buinski rayonu administrasiyasının rəhbəri, 2006-cı ildə isə Tatarıstan Respublikasının Buinsky bələdiyyəsinin başçısı seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}