Ruhani yeni səfirlərlə görüşüb - Foto
Tarix: 15-08-2020 16:27 | Bölmə: Xəbərlər
Ruhani yeni səfirlərlə görüşüb

Bu gün İran İslam Respublikasının Azərbaycan, Oman, Şimali Koreya, Bosniya və Herseqovina, Namibiya və Gürcüstandakı yeni səfirləri Prezidentlə görüşüblər.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, Həsən Ruhani bu görüşdə yeni səfirlərinə uğurlar diləyib və onlardan xahiş edib ki, ölkəni laqiyincə təmsil etsinlər. Həmçinin, digər ölkələrlə hərtərəfli əlaqələri inkişaf etdirməyə və möhkəmləndirməyə çalışınlar.

Prezident iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və ticarətin, habelə elmi və texnoloji əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Seyyid Abbas Musəvi də görüşdə iştirak edib.

Ruhani yeni səfirlərlə görüşüb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}