14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 26-09-2020 12:19 | Bölmə: Xəbərlər
Sabah hava necə olacaq? - Proqnoz

Sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz  23-26, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.  

Sentyabrın 27-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir  yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}