Siyəzənə atılan raketlərin qalıqları dənizə düşüb
Tarix: 22-10-2020 13:41 | Bölmə: Xəbər lenti
Siyəzənə atılan raketlərin qalıqları dənizə düşüb

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Siyəzən rayonu istiqamətində 3 ballistik raket atılıb.

Məlumata görə, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən havada zərərsizləşdirilən raketlərin qalıqları Xəzər dənizinə düşüb.

Hazırda Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ərazini mühafizə edirlər. Ərazidən fotoları təqdim edirik.

Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub. Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur/Report




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}