Füzulidə avtomobil çaya aşıb – Ölən var
Tarix: 14-06-2021 13:09 | Bölmə: Xəbərlər
Füzulidə avtomobil çaya aşıb – Ölən var

Füzuli rayonunda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 13-də saat 21 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Qarakollu kənd sakini Ceyhun Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobili körpüdən Quruçay çayına aşırıb. Nəticədə C. Qarayev hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}