07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Prezidentlər Şuşadakı “Xan qızı” bulağında olublar - Video
Tarix: 15-06-2021 18:00 | Bölmə: Xəbərlər
Prezidentlər Şuşadakı “Xan qızı” bulağında olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.

Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verilib.

Bildirilib ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınıb. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur olub. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.

Diqqətə çatdırılıb ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.

Sonda “Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}