Ermənistan paytaxtında etiraz aksiyası - Video
Tarix: 14-09-2021 17:52 | Bölmə: Xəbər lenti
Ermənistan paytaxtında etiraz aksiyası

Ermənistanın paytaxtı İrəvan şəhərində etiraz aksiyası keçirilib. Paytaxt polisi meriyanın qarşısında aksiya keçirənləri ərazidən uzaqlaşdırıb.

Reyting.az
xəbər verir ki, polislər etirazçılardan küçənin açmalarını tələb ediblər.

“İki aydır bələdiyyə başçısından bizimlə görüşməyi, bu binanın qanuni olduğunu və bu ərazinin özgəninkiləşdirilməsinin qanuni olduğunu əsaslandıran hüquqi əsasları təmin etməyimizi xahiş edirik. Ancaq bizimlə görüşməkdən qorxurlar, çünki sadəcə, bu əsaslara malik deyillər. Bütün məqamları təqdim etdik, cinayət işi başladıldı, müstəntiq tikintini dayandırmaq üçün meriyaya ərizə təqdim etdi, ancaq şəhər rəhbərliyi müstəntiqin “dayandırılmalıdır”,- ifadəsini səhv yazdığına qərar verdi”,- aksiya keçirən Fizqorodok sakinlərindən biri belə deyib.

Etirazçılar bəyan ediblər ki, bütün məsuliyyət İrəvan merinin üzərinə düşür.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}