16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ərdoğan Zakir Həsənovu qəbul edib
Tarix: 14-09-2021 22:59 | Bölmə: Xəbərlər
Ərdoğan Zakir Həsənovu qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Reyting.az T
ürkiyə mətbuatına istinadla xəbər verir ki, qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}