Həbsdə olan generalın səhhəti pisləşib
Tarix: 29-11-2022 09:51 | Bölmə: Xəbərlər
Həbsdə olan generalın səhhəti pisləşib

Müdafiə Nazirliyinin həbsdə olan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun səhhəti pisləşib. N. Məmmədovun müalicə müəssisəsinə yerləşdirildiyi bildirilir.

Reyting.az
-ın xəbərinə görə, bu barədə "Report"a sabiq rəisin vəkili Rəşad Mirmehdizadə məlumat verib.

R. Mirmehdizadə deyib ki, N. Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Vəkilin sözlərinə görə, general-mayorun ürəyində problem yaranıb və hazırda həkim nəzarətindədir.

R. Mirmehdizadə əlavə edib ki, hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir, iş üzrə dövlətə dəymiş ziyanın əksər hissəsi ödənilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor N. Məmmədov DTX tərəfindən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

N. Məmmədov 80 milyon manat mənimsəmədə təqsirləndirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}