Kəndə köçən məşhur rokçu yoxa çıxıb, qonşuları narahatdır - Fotolar
Tarix: 26-07-2023 18:26 | Bölmə: Mədəniyyət
Kəndə köçən məşhur rokçu yoxa çıxıb, qonşuları narahatdır

Türkiyədə şəhər həyatından sıxıldığını deyərək, kənddə məskunlaşan məşhur rokçu Özlem Tekin yoxa çıxıb.

Reyting.az
"Haberturk TV"-yə istinadla xəbər verir ki, əvvəlki şöhrətini geridə qoyub kəndə köçən əfsanəvi rokçu geniş həyətinə və balaca evinə kilid vuraraq oranı tərk edib.

"Habertürk"dən Volkan Özdemirin xəbərinə görə, qonşuları onun səssiz-səmirsiz yoxa çıxması və heç kəsə xəbər vermədən 30 hektarlıq ərazisi olan mülkünü sahibsiz buraxmasının narahatlıq yaratdığını deyiblər: "Artıq o, bir ildən çoxdur yoxdur...".

Xəbərdə deyilir ki, dövrünün məşhur rokçusu olan Özlem Tekin 2018-ci ildə Milasda 30 sot torpaq alıb və üzərində kiçik ev tikib. O, həmin ərazidə təsərrüfat qurub, əkin əkib, toyuq-cücə, heyvanlar saxlayıb, müxtəlif sort meyvə yetişdirib.

Həmin vaxtı mətbuata açıqlamalar verən Özlem Tekin hazırkı işindən zövq aldığını bildirib.

AZƏR
Reyting.az









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}