Cinçıxaran Rassel Krou şeytanı dəhşətə gətirir
Tarix: 30-04-2024 22:56 | Bölmə: Mədəniyyət
Cinçıxaran Rassel Krou şeytanı dəhşətə gətirir
Rassel Krou

Yeni ekranlara çıxacaq "Eksorsizm" filmində Rassel Krounun qəhrəmanı qəfil şər qüvvənin əsirliyində olduğunu anlayır.

Reyting.az
xəbər verir ki, rejissoru Coşua Con Millerin olduğu yeni filmdəki baş rolu “Qladiator”-un ulduzu, Hollivudun məhşur aktyoru Rassel Krou canlandırır. Artıq sözügedən yeni ekran əsərinin “Şeytan çıxarma” (Cinçıxaran) adı ilə treyleri də yayımlanıb.

Filmin süjetinə görə aktyor Entoni Miller öz yeni işini ortaya çıxartmaq üçün səylə çalışır və o, fövqəltəbii hadisələrdən bəhs edən filmin çəkilişlərində tədricən psixoloji gərginlik mərhələsinə daxil olub yavaş-yavaş dəli olmağa başlayır. Bütün bunlara şahidlik edən qızı isə öz atasının pis vərdişlərinə qayıtdığını sanır, lakin bu o deyil, övladı atasının başına daha dəhşətli hadisənin gəldiyini heç cür anlaya bilmir.

Yeni filmdə Krou ilə yanaşı müxtəlif obrazlar yaradan Sem Vorsinqton, Kloe Beyli, Adam Qoldberq, Devid Hayd Piirs kimi tanınmış aktyorlar da iştirak edirlər.

Xatırladaq ki, oxşar mövzuda Krou daha bir filmə çəkilib. Rassel Krou 2023-cü ildə cinlərin insan bədənindən, həmçinin də mücərrəd bir məkandan qovulmasından bəhs edilən və ekranlara çıxandan sonra tamaşaçıların arasında şöhrət qazanmış "Vatikanın Eksorsizmi" bədii filmində də rol almışdı.

Qeyd edək ki, Hollivud istehsalı olan "Eksorsizm" bədii filminin dünya premyerası iyunun 6-da olacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər