Poeziya müsabiqəsinin qalibləri bəlli olub - Siyahı
Tarix: 01-06-2024 13:33 | Bölmə: Mədəniyyət
Poeziya müsabiqəsinin qalibləri bəlli olub

"Ulduz" aylıq ədəbiyyat dərgisi və AYB Ədəbiyyat Fondu unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdiyi poeziya müsabiqəsi qaliblərinin adlarını açıqlayıb.

Reyting.az
qaliblərin siyahısını təqdim edir:

I yer: Cavid Qasımov;

II yer: Rəşad Nağı Mustafa, Allahşükür Ağa;

III yer: Eminquey, Seyidəli Sübhi, El Roman.

Qaliblərin mükafatlandırılması və təqdimat günü ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, tədbirə təşkilati dəstəyini "Kəpəz hospital", informasiya dəstəyini "Ədəbiyyat və İncəsənət" portalı verir.




Bölməyə aid digər xəbərlər
18-08-2024, 10:28 Məşhur aktyor vəfat edib