Əli Əsədov və vəzifəli şəxslər vida mərasiminə qatılıb - Fotolar
Tarix: 04-08-2025 14:07 | Bölmə: Xəbərlər / Mədəniyyət
Əli Əsədov və vəzifəli şəxslər vida mərasiminə qatılıb

Baş nazir Əli Əsədov Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində iştirak edib.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, Baş nazir Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən mərasimə qatılıb və mərhumun ailə üzvlərinə başsağlığı verib.

Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər də vida mərasimində iştirak edib.

Mərhum Birinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, E.Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib.








Bölməyə aid digər xəbərlər
30-07-2025, 22:34 “Qarabağ” qalib gəlib