"Rahat uyu" filminin nümayişinə hazırlaşırlar
Tarix: 02-02-2025 09:34 | Bölmə: Mədəniyyət
"Rahat uyu" filminin nümayişinə hazırlaşırlar

2025-ci ildə "Netflix" daha bir yeni ekran əsərini, Con Karnahanın rejissoru olduğu trilleri yayımlayacaq. Lakin filmin nümayişi barədə hələ ki, dəqiq tarix bildirilməyib.

Reyting.az
-ın məlumatına görə, "Rahat uyu" adlanan filmdə bir qrup Mayami polisindən bəhs olunur. Süjetə görə onlar özlərindən birini dəfn edirlər, ancaq yenidən polislərin uğursuzluqları başlayır və tərk edilmiş bir evdə təsadüf nəticəsində polislər nağd pul olan anbar tapırlar - milyonlarla dollar yığılan nağd pul. Belə bir tapıntı isə tezliklə polislərin komandası arasında parçalanmaya səbəb olur. Bədxahlar pullarından ayrılmaq istəmirlər.

Tamaşaçılar film boyu milyonlarla dolları əldə etmək üçün polislər arasında davam edən gərgin və amansız bir mübarizənin şahidi olacaqlar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
16-01-2025, 11:03 Analar inananda - Fotolar