15:38 / 05-12-2025
Məktəbdə kütləvi zəhərlənmə olub
15:30 / 05-12-2025
Sədrin müşaviri vəzifədən azad edilib
15:10 / 05-12-2025
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
15:01 / 05-12-2025
Saytlarda niyə problem yaranıb? - Açıqlama
14:56 / 05-12-2025
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
14:16 / 05-12-2025
Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb
14:00 / 05-12-2025
Ukrayna düyünü: kompromis tapılacaqmı?
13:52 / 05-12-2025
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
13:29 / 05-12-2025
Azərbaycan-Gürcüstan Media Forumu keçirilib - Yenilənib
13:10 / 05-12-2025
İranda böyük problem: İslam Respublikası qonşu ölkələrdən su alacaq
13:04 / 05-12-2025
İran xarici işlər naziri dekabrın 7-də Bakıya gələcək
12:48 / 05-12-2025
Prezident İlham Əliyev Tailand Kralına məktub göndərib
12:43 / 05-12-2025
Britaniya və Norveç Rusiyanın sualtı qayıqlarını vuracaq
12:38 / 05-12-2025
“Sabah” klubu məhkəmədə qapıçıya uduzub
12:30 / 05-12-2025
Sabah yağış yağacaq - Proqnoz
12:28 / 05-12-2025
Balakişi Qasımov federasiya prezidenti seçilib
12:23 / 05-12-2025
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq
12:19 / 05-12-2025
Cəbrayıla növbəti köç karvanı gedib
12:13 / 05-12-2025
Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs olunub
12:13 / 05-12-2025
250 min dollar rüşvət istəyən deputatın evində axtarış aparılır
12:03 / 05-12-2025
İçərisində sərnişinlərin olduğu təyyarə yanıb
11:56 / 05-12-2025
Vitse-prezident: Yaxın həftələrdə xoş xəbərlər olacaq
11:54 / 05-12-2025
Tarix və mədəniyyət abidələrinin qorunması: cərimələr artırılır
11:37 / 05-12-2025
Bu qanunu pozanlar cərimələnəcək
11:30 / 05-12-2025
II Qareginin həbsinə hazırlıqlar başlayıb
11:05 / 05-12-2025
Rəqsanə efirdə ağlayıb: "Çox çətin bir dövr yaşayıram"
10:44 / 05-12-2025
Abşeronda qadın boksçu və tələbəsi saxlanılıb
19:04 / 30-11-2025
Cəlilabadda arvad ərini öldürüb
21:07 / 30-11-2025
Sabiq icra başçısı ilə Cəmil Həsənli sərbəst buraxılıblar
09:57 / 01-12-2025
Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlanıb
13:56 / 03-12-2025
Cəlaloğlu: Mən də, Aslan İsmayılov da İsa Qəmbərə demişdik ki, Milli Şura Rusiyanın layihəsidir
08:39 / 01-12-2025
16:06 / 01-12-2025
Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edilib
11:40 / 01-12-2025
Gültəkin Hacıbəylini Türkiyədən Azərbaycana gətiriblər
20:46 / 04-12-2025
Makron: ABŞ Ukraynaya xəyanət edə bilər
12:12 / 02-12-2025
Deputat: “Beşinci kolon” yaratmaq əməlləri pislənməli, xainlər cəzalandırılmalıdır
00:01 / 01-12-2025
Laçının işğaldan azad edilməsindən 5 il ötür
17:23 / 02-12-2025
2026-cı ilin bayram günləri müəyyən edilib
“Bəzi həqiqətləri daş heykəllər daha yaxşı çatdırır” - Fotolar
Tarix: 18-03-2019 15:12 | Bölmə: Mədəniyyət

Tanınmış memar Cahid Həsənovla şəhərsalmada heykəllərin rolu, bu sahənin dünəni, bugünü və sabahı barədə söhbət.
Paytaxtımız Bakı təkcə coğrafi mövqeyinə, relyefinə görə deyil, həm də çoxsaylı heykəllərinə görə cəlbedici görünür. Son illər şəhərimizdə ayrı-ayrı görkəmli şəxslərə, tarixi qəhrəmanlara yeni abidələr qoyulub.
Bu günlərdə dövlət başçısı İlham Əliyevlə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir qrup tanınmış incəsəsənət xadimləri arasında keçirilən görüşdə Bakıda daha bir neçə heykəlin ucaldılması ilə bağlı təkliflər səsləndi.
Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının və Hannover (Almaniya) Sosial Elmlər Akademiyasının fəxri doktoru, Dünya Reklamçılar Assosiasiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü, Bakıda və bir çox şəhərlərimizdə reallaşan maraqlı layihələrin müəllifi Cahid Həsənovla müsahibədə görüşdə səslənən təkliflər barədə də danışdıq.
- Cahid bəy, istərdim söhbətə dünya memarlıq və şəhərsalmasında heykəllərin rolu ilə bağlı mövzu ilə başlayaq...
- Heykəltəraşlıq - təsviri incəsənətin bir sahəsi olmaqla yanaşı həyat hadisələrinin bədii obrazlaşmış formasıdır. Məlum olduğu kimi, heykəltəraşlığın ayrı-ayrı növləri var. Məsələn, hər tərəfdən baxılmaq üçün olan heykəllər var. Bunlara son elmi dildə 3d formatı deyilir, o zamanlar, 3d formatı elmi status almamış vaxtlarda da heykəltəraşlıqda bu artıq tətbiq olunurdu. Bir də bir səth üzərində qabartılı heykəllər var. Bunlar da barelyef və ya qorelyef adlandırılır. Janrlarına gəldikdə, bunlar sujetli və portret formatındadır. Sahələri isə dəzgah, monumental, dekorativ formatlarındadır.
Ümumiyyətlə, dünya şəhərsalma və memarlığında tarix boyu heykəllərin rolu böyük əhəmiyyət kəsb edib. Mövzusundan asılı olmayaraq hər hansı bir heykəl canlı tarixi əks etdirir. İlk baxışda danışmayan heykəl əslində qarşısındakılarla genişmiqyaslı söhbət aparır, bütün keçmişi, bu günü və hətta gələcəyi tərənnüm etdirir. Heykəllər hər bir millətin, xalqın tarixini, yaşadığı faicələri, belə demək mümkünsə, hayqırtılarını çatdırır. Məhz ona görə də biz bu sahəyə daim diqqət ayırmalıyıq. Əsrlər boyu dünya ölkələrində daşdan, tuncdan, qranitdən, metaldan hazırlanan heykəllər sanki bir canlı varlıq kimi daima hərəkətdə olublar. Tarixdə iz qoyan rəhbərlərə, sərkərdələrə, sıravi əsgərlərə, ədiblərə, şairlərə, elm və incəsənət xadimlərinə, əlamətdar hadisələrə heykəllər ucaldılıb, gələcəkdə də bu iş davam edəcək. Əksər hallarda bu abidələr ölkənin simvoluna çevrilir, dünya turistlərini özünə cəlb edir. Məhz buna görə də heykəllər daha çox şəhərlərin mərkəzi hissəsində, əhalinin sıx olduğu park və bağlarda ucaldıır. Min illərdir ki, bəzi həqiqətləri daş heykəllər daha yaxşı çatdırır.
- Azərbaycan memarlığının tarixində heykəllərin yerinə və roluna da nəzər salmaq yaxşı olardı...
- Azərbaycan memarlıq və şəhərsalmasında da həmişə heykəllərə geniş yer verilib. Hələ sovetlər dönəmində heykəl şəhərsalmanın ayrılmaz bir hissəsi kimi qəbul olunmuşdu və həmin dövrdə Azərbaycanda böyük heykəltəraşlıq məktəbi formalaşmışdı. Fuad Əbdülrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, İbrahim Zeynalov, Mirəli Mirqasımov, Zivər Məmmədova, Natiq Əliyev və s. kimi görkəmli sənətkarlar milli heykəltəraşlığımıza mükəmməl töhfələr veriblər. Ötən əsrin 70-ci illərindən başlayaraq bu sahə daha geniş vüsət almışdı. Ümummilli lider Heydər Əliyev incəsənətin digər növlərinə olduğu kimi, heykəltəraşlığa da xüsusi önəm verirdi. Təsadüfi deyil ki, həmin illərdə təkcə Bakıda deyil, ayrı-ayrı şəhər və rayonlarımızda bir-birindən maraqlı abidələr, büstlər ucaldılırdı.
Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan heykəltəraşlığının yeni bir inkişaf dövrü başladı. Həm tanınmış, həm də gənc heykəltəraşlar maraqlı sənət əsərləri yaratdılar. Çox maraqlı bir nüansı oxucularımızın diqqətinə çatdırmaq istərdim. Bayaq Heydər Əliyevin bu sahəyə ayırdığı diqqət və qayğıya toxunduq. Son illər həm Bakıda, həm müxtəlif rayonlarımızda məhz Ulu Öndərin xatirəsini əbədiləşdirən abidələr ucaldılıb. Ustad sənətkarımız Ömər Eldarovun müəllifi olduğu bu monimental komplekslər dahi şəxsiyyətin Azərbaycan tarixi qarşısında misilsiz xidmətlərini sənətin dili ilə gözəl əks etdirir.

- Yəqin ki, oxucularımız üçün də maraqlı ola bilər, hər hansı bir abidə ucaldılarkən memarın rolu nədən ibarət olur?
- İstənilən heykəlin yerini, formasının, həcminin, həm də kompazisiyasını təbii ki memar hazırlayır. Hətta heykəlin materialının, rənginin, formatının seçilməsində də memarın rolu var. İlk növbədə heykəlin yerini memar gərək düzgün müəyyən etsin.
- Söhbət ki, memar əməyindən düşdu, gəlin bir az da yaradıcılığınızdan, son illər həyata keçirdiyiniz layihələrdən danışaq...
- Heykəl memarı kimi gördüyüm işlərdən danışarkən iki layihəni xüsusi qeyd edərdim. Bunlardan biri Ağstafa rayonunda, Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidə kompleksidir. Xalq rəssamı, tanınmış heykəltəraş Natiq Əliyevin müəllifi olduğu heykəl bu kompleksə ayrıca bir əzəmət verir. Gəncə şəhərindəki “Əli və Nino” abidə kompleksinin müəllifi olmaqdan da qürur duyuram. Bu layihə yaradıcılığımda yeni bir mərhələdir.
- Bu yeni mərhələ nədən ibarətdir?
- Dövr, zaman dəyişir, inkişaf edir. Texniki-tərqqi, innovasiyalar təbii ki, memarlıqdan da yan keçə bilməz. Yeni dövrün insanlarına, tamaşaçılarına modern üslublar təqdim olunur. “Əli və Nino” abidə-kompleksi üzərində çalışarkən modern üslubdan isitfadə etdim. Məlum olduğu kimi, dünya şöhrətli romanın tarixi qəhrəmanlarına öncə Gürcüstanın Batumi şəhərində heykəl qoyulmuşdu. Müəllifi də yaxşı tanıdığım gürcü memar Tamara Kvesitadzedir. Tamara xanım heykəli hazırlayarkən metaldan istifadə edib. Mən isə “Əli və Nino” abidəsini nerj materialıından hazırladım, bu da öz effektini verdi. Bu kompleksdə ən maraqlı cəhət, yenilik burasındadır ki bu heykəllər hər saatdan bir ox ətrafında hərəkət edərir və bu zaman aşağı hissədən “ağır tüstü” buraxılır ki, bu da ilk anlamda vizual olaraq insanlara bu iki gəncin eşqinin səmalarda uçduğu anlamını verir. Onu da qeyd edim ki, bu “ağır tüstü” texnologiyası interyerdə, xüsusi ilə konsert və tamaşalarda çox istifadə olunur. Mən “Əli və Nino” abidəsində bu texnologiyadan ilk dəfə memarlıqda yararlanmaqla bir yenilik etdim. Bu abidə-kompleksi Gəncə sakinlərinin, qonaqların, əcnəbi turistlərin marağına səbəb olur. Daha bir maraqlı məqam ondan ibarətdir ki, abidə məhz Əlinin Azərbaycanın müstəqilliyi uğurunda şəhid olduğu tarixi ərazidə ucaldılıb.
- “ Sarı Gəlin” abidə- kompleksi ilə bağlımətbuata verdiyiniz açıqlama maraqla qarşılanmışdı. Bu layihənin sonrakı taleyi necə oldu?
- Türkdilli ölkələrin simvoluna çevrilən məşhur “Sarı Gəlin” xalq mahnımızın şərəfinə “Sarı Gəlin” abidə-kompleksi üzərində uzun illər çalışmışam. İlk gündən də istəyim o idi ki, bu abidə Bakının mərkəzi hissəsində, turistlərin çox olduğu bir məkanda qoyulsun. Bakı Şəhər İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizova layihəni təqdim etmişəm. Hörmətli Eldar müəllimlə bu barədə müzakirə aparmışıq, sağ olsun ki, memar kimi düşüncələrimi, təkliflərimi qəbul edir. İnanıram ki, bu abidə üçün uyğun məkan tapılacaq və “Sarı Gəlin” paytaxtımızın yeni simvollarından birinə çevriləcək inşallah.
Bu gün dünyanın diqqəti Azərbaycandadır. Biz memarların da qarşısında mühüm vəzifələr durur. Yeni texnologiyalardan, modern üslublardan istifadə etməklə maraqlı layihələr həyata keçirə bilərik. Bayaq qeyd etdiyim kimi, bizim hazırladığımız heykəllər, abidə kopmleksləri Azərbaycan həqiqətləri barədə mötəbər qonaqlara, turistlərə ətraflı bilgi verə bilər. Məsələn, mən xeyli müddətdir ki, işğal olunmuş ərazilərimizdə, şəhər və qəsəbələrində “Qələbə parkları” layihəsi üzərində işləyirəm. Bu layihə ilə bağlı geniş formatlı bir sərgi açmağı da düşünürəm. İstəyirəm ki, həm xalqımız, həm də də dünya ictimaiyyəti görsün ki, biz artıq öz ərazilərimizi işğaldan azad edən kimi orada yeni memarlıq inciləri ucaltmaq əzmindəyik, buna imkanlarımız da var. Ən əsası da bu layihə işğalçılara bir çağırış olacaq ki, onsuz da biz öz torpaqlarımızı azad edəcəyik. Hətta layihələrimizi dünya ictimaiyyətinə təqdim edirik.
Yeni layihəmdə sovet dövründən qalma memarlıq ənənəsindən demək olar ki qəti imtina etmişəm. “Qələbə parkları”nda ağlayan ana, güllələnən əsgər və .s fiqurlar olmayacaq. Güclü, sülhsevər Azərbaycan xalqının əzəmətini, işğalçıya qarşı mübarizəsini əks etdirən abidələr olacaq. Düşünürəm ki, əvvəlki parkları məzarlıq müstəvisindən çıxarmağın zamanıdır.
Hazırda üzərində çalışdığım digər bir layihəm isə sırf turizmin inkişafına hesablanıb. Tarixdən də məlumdur ki, dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma (ata) Qafqaza səfəri zamanı Şamaxıya da gəlib, yerli şairlərlə görüşüb. Məhz həmin görüşü əks etdirən heykəl-kompozisiyanı Şamaxı şəhərinin girişində, yaşıllıqlar qoynunda qoyulmasını təklif etmişəm. Belə bir heykəlin olması Avropadan ölkəmizə gələn turistlərin Şamaxıya maraq göstərməsinə səbəb ola bilər. Şadam ki, Şamaxı rayon İcra Hakimiyyətinin yeni başçısı Tahir Məmmədov bu layihəmlə maraqlandı və bu məsələyə xüsusi diqqətlə yanaşdı. İstəklərimizin yaxın zamanlarda reallaşacağına inanıram.

Sovet dövrünün ən baxımlı ekran işlərindən biri sayılan “Brilyant əl” filminin bəzi epizodları məlum olduğu kimi, 1968-ci ildə İçərişəhərdə lentə alınıb. O dövrdə çəkilən fotoşəkillərdən də məlum olur ki, sovet kinosunun ulduzu Nikulin içərişəhərlilərlə nərd də oynayıb. Ruisyadan, digər MDB ölkələrindən paytaxtımıza gələn turistlər həmişə bu məsələ ilə maraqlanırlar. Filmdəki əsas obrazları canlandıran Nikulin və Mironovun İçərişəhərdəki həmin ərazidə 170-180 sm. ölçülü heykəllərinin qoyulması da maraqlı olardı. Belə layihələrlə turistlərin marağını cəlb edə bilərik.
- Son illər paytaxtımızda Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Bülbül kimi dünya şöhrətli incəsənət xadimlərinə heykəllər ucaldılıb. Bu günlərdə dövlət başçısının və Birinci vitse-prezident Mehriaban xanım Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşü zamanı böyük yazıçımız Cəlil Məmmədquluzadəyə, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə, tanınmış memarlar Mikayıl Hüseynovla Sadıq Dadaşova da abidə ucaldılması ilə bağlı təkliflər səsləndirildi. Bu təkliflərlə necə baxırsınız?
- Əvvala, onu deyim ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın tanınmış incəsənət xadimləri ilə görüşündə bir daha gördük ki, bu sahə ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Həmin görüşdə Mədəniyyət Nazirliyinə göstəriş də verildi. Bu cür addımlar təkcə dahi şəxsiyyətlərimizin adının əbədiləşməsinə deyil, həm də memarlıq və şəhərsalmanın inkişafına yönəlib.
Bildiyim qədəri ilə Mədəniyyət Nazirliyi müsabiqə elan edəcək. Müsabiqənin şərtləri ilə tanış olandan sonra yəqin ki, mən də öz layihələrimi təqdim edəcəyəm. Yeri gəlmişkən bir məsələni qeyd edim ki, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yeni qoyulacaq abidələrin yerini seçərkən diqqətli olmalıdırlar. Heykəl əzəmətli, cazibədar ola bilər, lakin yerləşdiyi məkan doğru-düzgün seçilməsə həmin əzəmət və cazibədarlıq itib-batar.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:37
Bu qanunu pozanlar cərimələnəcək
Dünən, 17:46
Uşaqların sevimli “Aybolit”i gəlir - Fotolar
Dünən, 15:50
İrəvanidən bəhs edən albom nəşr edilib - Fotolar
Dünən, 14:58
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyulub
Dünən, 14:06
Kitab Mükafatı təsis olunacaq
Dünən, 08:33
"Terminator" filminin yeni bölümünü çəkəcəklər
3-12-2025, 12:48
Noyabrla dekabrın “Ulduz”u bir arada
3-12-2025, 10:24
Rasim Balayev: "Tələsirəm ki, birdən ömrüm buna yetməz"
3-12-2025, 09:36
Məşhur rejissor kinoda süni intellektdən istifadənin əleyhinədir
2-12-2025, 15:35
Qarabağda daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunub
2-12-2025, 11:03
Xalq şairi Nəriman Həsənzadə reanimasiyadadır, dializə qoşulub
1-12-2025, 17:37
Rübensin itmiş əsəri 3 milyon avroya satılıb
1-12-2025, 16:48
Fırça ilə qurulan dostluq körpüsü - Fotolar
1-12-2025, 11:18
Robotlar freskoların bərpasına kömək edəcək
1-12-2025, 10:40
Polad Bülbüloğlunun oğluna vəzifə verilib
29-11-2025, 09:56
Əməkdar artist yeni vəzifəyə təyin olunub
28-11-2025, 14:34
Məşhur rejissor yazıçını oğurluqda ittiham edir
27-11-2025, 14:36
Xəzər TV verilişin yarımçıq dayandırılması ilə bağlı açıqlama yayıb
27-11-2025, 12:12
Xəzər TV-də “İncə səhər” verilişi yarımçıq dayandırılıb
27-11-2025, 08:16
Yeni film üçün Təpəgöz yaradıblar - Fotolar
26-11-2025, 13:28
Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq
25-11-2025, 08:21
Tanınmış aktyor evsiz qalıb?
24-11-2025, 16:04
Mədəniyyət Nazirliyi ilə sənətçilər arasında qalmaqal böyüyür
24-11-2025, 10:54
Brüs Uillisin ailəsi onun ölümünə hazırlaşır
24-11-2025, 00:39
“Kəpənəyin dili ilə” oxucuların görüşünə gəlib
21-11-2025, 14:50
Nəriman Həsənzadəyə böyrək çatışmazlığı diaqnozu qoyulub
21-11-2025, 09:05
"Ulduz qapıları" filminin davamı çəkiləcək
19-11-2025, 17:58
Məşhur rəssamın əsəri rekord qiymətə satılıb - Fotolar
19-11-2025, 17:10
Xalq artisti Roza Cəlilova dəfn olunub - Yenilənib
19-11-2025, 00:46
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub - Fotolar
18-11-2025, 13:03
Məşhur aktyora nüfuzlu mükafat verilib
18-11-2025, 08:25
Əməkdar artist Yadigar Muradov vəfat edib
17-11-2025, 23:24
Leyla Əliyeva festivalın açılışında iştirak edib - Fotolar
17-11-2025, 18:04
Gölün dibində qədim müsəlman nekropolu tapılıb - Foto
17-11-2025, 15:02
Nazirlik: “Xatirə İslamı iki dəfə dəvət etdik, gəlmədi”
17-11-2025, 10:10
Anardan yayılan fotosuna reaksiya: "Hansı klinikadır, heç xatırlamıram"
13-11-2025, 10:35
Rəşid Behbudovun kürəkəni Polad Bülbüloğlunu ittiham edir
13-11-2025, 08:49
Yeni filmin nümayişi dekabrda olacaq
12-11-2025, 12:17
İki aşıqla bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib
12-11-2025, 12:15
Mənsum İbrahimov Gəncədəki konsertini təxirə salıb
12-11-2025, 12:11
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
12-11-2025, 11:51
Naxçıvanda yeni regional idarələr yaradılıb - Fərman
8-11-2025, 23:52
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək