“Seçilmiş pedaqoji əsərlər” kitabı işıq üzü görüb - Foto
Tarix: 19-07-2025 14:39 | Bölmə: Mədəniyyət
“Seçilmiş pedaqoji əsərlər” kitabı işıq üzü görüb

“Mütərcim” nəşriyyatı Üzeyir Hacıbəylinin “Seçilmiş pedaqoji əsərlər”I kitabını nəşr edib. Üzeyir Hacıbəylinin pedaqoji əsərləri ilk dəfə ayrıca kitab halında işıq üzü görür. “Seçilmiş pedaqoji əsərlər”də dahi bəstəkarın məktəb, təhsil, tərbiyə, təlim, təhsilin idarə olunması və müəllim şəxsiyyətinə aid fikirləri öz əksini tapıb.

Mənbə kimi 1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Üzeyir Hacıbəyov. “Seçilmiş əsərlər”i, 2005-ci ildə Şərq-Qərb nəşriyyatında işıq üzü görmüş “Üzeyir Hacıbəyli. Seçilmiş əsərlər”i iki cildliyinin 2-ci cildinin materialları əsas götürülüb.

Materialların bir qismi Üzeyir Hacıbəylinin məqalələri, bir qismi felyetonları, satirik hekayələri və səhnəcikləridir.

Kitab Üzeyir Hacıbəyli sevərlər, müəllimlər, gənc tədqiqatçılar, doktorantlar, magistrant və magistlər üçün nəzərdə tutulub.

Tədqiqatçılar materiallardan istifadə edərkən mənbə kimi ya bu kitabı və onun səhifələrini göstərə, yaxud dahi bəstəkarın 1985 və 2005-ci il nəşrlərinə əsaslana bilərlər.

“Seçilmiş pedaqoji əsərlər”in hazırlanmasının təşəbbüskarı, ön sözün müəllifi və elmi redaktoru pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi Akif Nurağa oğlu Abbasovdur.

Kitab tərtib edənlər Akif Nurağa oğlu Abbasov (professor), İradə Böyükağa qızı Əmirəliyeva (pedaqogika üzrə fəlsəfə doktoru), Lalə Akif qızı Məmmədlidir (pedaqogika üzrə fəlsəfə doktoru).





Bölməyə aid digər xəbərlər