16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nazir müavini: "Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək"
Tarix: 08-08-2020 13:08 | Bölmə: Mədəniyyət
Nazir müavini: "Toylarla bağlı qərar müəyyən dövrdən sonra veriləcək"

"Hazırda hökumətdə biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparılır".

Reyting.az
xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib.

O bildirib ki, bununla yanaşı dövlət mütəmadi sahibkarlarla görüşür: “Onların təklifləri dinlənilir. Bizneslərin açılması istiqamətində məsələlər geniş müzakirə edilir. İlkin olaraq insanların az toplaşdığı biznes subyektlərinin açılması ilə bağlı qərar verilib. Toylarla bağlı - burada adətən çoxlu sayda insan qapalı məkana toplaşır. Yəqin ki, bu qərar 1 və 2-ci mərhələdə olmasa da, müəyyən dövrdən sonra veriləcək. Yenə hər şey epidemioloji vəziyyətdən və sahibkarlıq subyektlərinin qaydalara necə əməl etməsindən asılı olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}