Nazir əvəzi "ASAN Xidmət"in aparat rəhbərinə vəzifə verib
Tarix: 15-09-2020 10:41 | Bölmə: Mədəniyyət
Nazir əvəzi "ASAN Xidmət"in aparat rəhbərinə vəzifə verib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyinat olub. 

Mədəniyyət Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə Azad Məhyəddin oğlu Cəfərli təyin olunub.

Bildirilib ki, Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}