Türkiyə və Yunanıstanın XİN rəhbərləri Ankarada görüşəcək
Tarix: 03-09-2023 18:42 | Bölmə: Siyasət
Türkiyə və Yunanıstanın XİN rəhbərləri Ankarada görüşəcək

Yunanıstanın xarici işlər naziri Yorgo Gerapetritis türkiyəli həmkarı Hakan Fidan ilə görüşmək üçün çərşənbə axşamı Ankaraya səfər edəcək. Reyting.az xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb.

Görüşdə iki məqsədin olduğu bildirilir: 18-20 sentyabr tarixlərində Nyu-Yorkda BMT Baş Assambleyasının illik toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Kiriakos Mitsotakisin danışıqlar aparacağı gündəliyi yekunlaşdırmaq və bəzi problemlərin həlli istiqamətində səyləri dəstəkləmək.

Məlumdur ki, Yunanıstan hər iki ölkənin öz kontinental şelfinin və dəniz yurisdiksiyalarının delimitasiyası ilə bağlı qərar çıxarmaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməyə razılıq verməsini istəyir. Amma aydındır ki, belə bir proses tez olmayacaq və ilk növbədə dəniz və hava mübahisələri kimi digər mübahisələr həll edilməlidir.





Bölməyə aid digər xəbərlər