10:09 / 14-05-2024
XİN İsraili təbrik edib
XİN: "15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb"
Tarix: 15-09-2023 14:17 | Bölmə: Siyasət
XİN: "15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb"

"15 sentyabr Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığın ən böyük təzahürlərindən biri kimi tarixə yazılıb".

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "X" hesabında paylaşım edilib.

"105 il əvvəl bu gün Bakı daşnak-bolşevik işğalından azad edilib. Qurtuluş günü mübarək!", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}