Bakıdan gedən yük karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir - Fotolar
Tarix: 16-09-2023 09:47 | Bölmə: Siyasət
Bakıdan gedən yük karvanı 19 gündür Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil artıq 19-cu gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Reyting.az
APA-ya istinadla bildirir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib ki, Ağdam-Əsgəran-Xankəndi yolunda hələ də gözləyirlər və müsbət cavab olduğu halda keçidin reallaşması üçün lazımi addımlar atılacaq:

"Hələ də gözləyirik, heç bir cavab gəlməyib. Hər hansı müsbət cavab olduğu halda bu və ya digər şəkildə keçidin reallaşması üçün lazımi addımlar atacağıq. Yəni bütün danışıqlar aparılıb, sənədlər təqdim olunub".







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}