Prezidentin köməkçisi: “Azərbaycan sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”
Tarix: 20-09-2023 09:03 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: “Azərbaycan sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”

Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin rəsmi İrəvan da öz öhdəliklərini yerinə yetirməlidir.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara təşəbbüs göstərib: “Azərbaycan sülh gündəmini və Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”.

Eyni zamanda, Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirməlidir: “Birincisi, bütün hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarmalı, həmçinin qanunsuz marionet rejimin maliyyələşdirilməsini dayandırmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}