Elşad Hacıyev: "Azərbaycanda ictimai-siyasi sabitlik ciddi şəkildə mühafizə olunur"
Tarix: 20-09-2023 10:43 | Bölmə: Siyasət
Elşad Hacıyev: "Azərbaycanda ictimai-siyasi sabitlik ciddi şəkildə mühafizə olunur"

"Azərbaycanda ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə mühafizə olunur".

Reyting.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əraziyə cəlb olunan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür: "Ölkə ərazisində ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə mühafizə olunur. Bu günə olan məlumata görə, hər hansı hüquqazidd, cəmiyyəti narahat edən, çaşqınlıq yaradan siqnal daxil olmayıb. Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur”.

O bildirib ki, indiyədək dezinformasiya yayan 10-a yaxın şəxs Daxili İşlər Nazirliyinə çağırılaraq profilaktik söhbətlər aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}