Azərbaycan erməni hərbçilərin döyüş mövqelərini tərk etməsinə şərait yaradır
Tarix: 20-09-2023 13:35 | Bölmə: Siyasət
Azərbaycan erməni hərbçilərin döyüş mövqelərini tərk etməsinə şərait yaradır

"Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb".

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını (PDM) və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.

MN sözçüsü qeyd edib ki, bizim texniki vasitələrimizin və müşahidə vasitələrinin nəzarəti altında ermənilərin şəxsi heyətinin geriyə çəkilməsi və könüllü olaraq döyüş mövqelərini tərk etməsi üçün şərait yaradılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}