14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Əvəz Temirxan antiterror əmliyyatında iştirak etmək istəyib
Tarix: 21-09-2023 15:12 | Bölmə: Siyasət
Əvəz Temirxan antiterror əmliyyatında iştirak etmək istəyib

“Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Mərkəzi aparatında oldum. Orduya könüllü çağrılmağımı Vətən qarşısında boynumun borcu bilirəm”.

Bunu Reyting.az-a siyasətçi Əvəz Temirxan deyib.

O əlavə edib ki, Xankəndi bölgəsində antiterror əmliyyatında sıravi əsgər kimi iştirak etmək istəyib.

“Məni Qobu qəsəbəsində yerləşən çağırış mərkəzinə göndərdilər. Getdim ora və arzumu bildirdim. Xəbər verdilər ki, antiterror əməliyyatı artıq dayandırılıb”,-Ə. Temirxan qeyd edib.

O, əlavə edib ki, ali təhsilli hüquqşünasdır, silah üzrə aviamexanik və ixtisaslı təbliğatçı kimi ordumuza fayda verə bilərdi.

Sonda siyasətçi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Onu da qeyd edək ki, Əvəz Temirxan vaxtilə SSRİ Prokurorluğunda, sonra Prezdent Administrasiyasında çalışıb. Sonradan Azərbaycan Liberal Partiyasının sədri olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}