Zülfüqarov: "Böyük qələbə, böyük bayramdır"
Tarix: 21-09-2023 21:27 | Bölmə: Siyasət
Zülfüqarov: "Böyük qələbə, böyük bayramdır"

"Qələbə günümüzü qeyd etməliyik! Mən adət etdiyim kimi qeyd edəcəyəm. İlk qədəhi ölkəmiz üçün, Azərbaycan üçün qaldıracam".

Reyting.az
xəbər verir ki, bunu Azərbayanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib

T. Zülfüqarov bildirib ki, ikinci Vətən uğrunda canından keçmiş bütün insanların xatirəsini ehtiramla yad etmək lazımdır:"1988-ci ildə terrorçuların gülləsinə tuş gələn o iki polisdən, Ağdam yol polisinin əməkdaşlarından tutmuş bu günə qədər olanları... Biz onları ayaq üstə yad edirik.

Üçüncüsü, bizi döyüşə və qələbəyə aparan komandir, Ali Baş Komandan üçündür! Dünən xalqa müraciəti zamanı onun nə qədər narahat və gərgin olduğu aydın görünürdü. Aydındır, çətindir, çox ağırdır. Amma biz sizinləyik və biz Azərbaycan xalqı sizinlə olanda biz məğlub ola bilmərik!

Dördüncüsü, oğullarımız, əsgərlərimiz üçün! Sağ olun, çox sağ olun!

Böyük Qələbəniz, Böyük Bayramınız Mübarək, əziz dostlar!".

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}