Paşinyana qarşı aksiya: çoxsaylı yaralı və saxlanılanlar var
Tarix: 22-09-2023 15:29 | Bölmə: Siyasət
Paşinyana qarşı aksiya: çoxsaylı yaralı və saxlanılanlar var

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasının tələb olunduğu etiraz aksiyası davam edir.

Reyting.az
xəbər verir ki, İrəvanın mərkəzində ölkə müxalifətinin keçirdiyi aksiyanın Ermənistan hakimiyyətindən bir tələbi də Qarabağdan olan məcburi köçkünləri qəbul etməklə bağlıdır.

Müxalifət mediasının iddiasına görə, polisin vətəndaşlara qarşı kobud güc tətbiqinə baxmayaraq, İrəvanda itaətsizlik aktları davam edir. Onlar küçələri bağlayır, “Nikol satqındır!” şüarlarını səsləndirir və digər vətəndaşları “artsax”ı xilas etmək üçün xalq itaətsizliyi dalğasına qoşulmağa çağırırlar. Etirazçıları həbs etmək üçün kobud gücdən istifadə olunur, bir neçə polis əməkdaşı bir nəfərə hücum edir, onları, hətta maşına mindirilmişləri də döyürlər.

Məlumata görə, çoxsaylı vətəndaş yaralanıb.

Bir sıra universitetlərin tələbələri də itaətsizlik aksiyalarına qoşulub. Onlar küçələri bağlayırlar. Bəzi məktəblərin tələbələri də tətilə qoşulub. Bir çox vətəndaşlar da tətilə çıxıblar.

İrəvandakı aksiyalar zamanı onlarla adam, o cümlədən “Ana Ermənistan” hərəkatının koordinatoru Andranik Tevanyan saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Ekspertlər müxalifətin 1990-cı illərin taktikasından istifadə etdiyini, potensialının olmadığını, Paşinyanın reytinqinin aşağı düşməsinə baxmayaraq, rəqiblərinin onunla müqayisədə daha zəif olmasını əsas gətirərək küçə etirazlarının nəticə verməyəcəyini deyirlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}