14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Blinken Fidanla Qarabağdakı son vəziyyəti müzakirə edib
Tarix: 23-09-2023 11:10 | Bölmə: Siyasət
Blinken Fidanla Qarabağdakı son vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken BMT Baş Assambleyası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışdıqlar aparıb.

Reyting.az
-ın xəbərinə görə, Blinken “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb ki, BMT Baş Assambleyasında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ və Türkiyə arasında geniş tərəfdaşlıq, Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması səyləri, Qarabağdakı humanitar vəziyyət və İsveçin NATO-ya üzvlüyünün başa çatması barədə danışıb.

Bundan əvvəl TASS Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla xəbər vermişdi ki, Hakan Fidan və Antoni Blinken Nyu-Yorkda taxıl müqaviləsi, İsveçin NATO-ya qəbulu və Qarabağda baş verən son hadisələri müzakirə ediblər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}