Separatçılar və Paşinyan arasında mübahisələr başlayır
Tarix: 24-09-2023 15:41 | Bölmə: Siyasət
Separatçılar və Paşinyan arasında mübahisələr başlayır
Nazeli Baqdasaryan

“Sentyabrın 20-də atəşkəslə bağlı bütün qərarları Xankəndi verib. Ermənistan Respublikası bu prosesdə iştirak etməyib”.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan “Facebook” səhifəsində yazıb.

“Sentyabrın 20-də atəşkəslə bağlı bütün qərarları Xankəndi verib. Qərarların qəbulu prosesində Ermənistan iştirak etməyib. Respublikada nüanslar barədə məlumat verilmədən prosesin getdiyi barədə ümumi məlumat var idi”,-Baqdasaryan yazıb.

O, qeyd edib ki, Ermənistan Respublikasının sənədin müzakirəsi mexanizmləri, qərarların qəbulu formatı barədə məlumatı yox idi: “Xankəndi Rusiya sülhməramlı kontingenti ilə və ya onun vasitəsilə məsələləri müzakirə edib və razılaşdırılıb”.

Xankəndidəki terrorçu rejimin qalıqlarından olan və özünü qondarma qurumun spikeri adlandıran David İşxanyan isə Paşinyanın mətbuat katibini təkzib edib: “Ermənistanın baş naziri Nikol Paşinyan bizim “Təhlükəsizlik Şurasının” bəyanatının mətni ilə əvvəlcədən tanış olub. Yersiz eyhamların və dedi-qoduların qarşısını almaq üçün nəzərinizə çatdırmaq istəyirəm ki, sentyabrın 19-da azərbaycanlıların hücumu başlayandan Ermənistanın baş naziri bütün proseslərdən və baş verənlərdən xəbərdardır. Üstəlik, atəşkəs üçün “Təhlükəsizlik Şurasının” bəyanatı müzakirə edildi və Ermənistanın məsul dairələri, o cümlədən şəxsən baş nazir bəyanatın mətn versiyası ilə əvvəlcədən tanış oldular. Təəssüf edirəm ki, Ermənistan parlamentindəki bəziləri güman ki, bu detallardan xəbərsiz olaraq, məlumatsızlıq ucbatından təqsirkar axtarmağa və ya təqsiri başqa məsul şəxslərin üzərinə atmağa çalışırlar”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}