Hikmət Hacıyev ilə Armen Qriqoryan Brüsseldə görüşəcək
Tarix: 24-09-2023 17:31 | Bölmə: Siyasət
Hikmət Hacıyev ilə Armen Qriqoryan Brüsseldə görüşəcək

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfərə gedəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası Katibliyinin mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 26-da Qriqoryanın liderlərin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan görüşünə hazırlıq məqsədilə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşləri nəzərdə tutulub.




Bölməyə aid digər xəbərlər