Kreml: "Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə orada ola bilər"
Tarix: 26-09-2023 15:46 | Bölmə: Siyasət
Kreml: "Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə orada ola bilər"

“Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə orada ola bilər. ABŞ-ın təşəbbüsünə gəlincə, hələ ki, bu barədə heç bir konkretlik yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xeyr, biz hələ burada heç bir konkretlik görmürük. Onda istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Siz ilk növbədə bundan xəbərdar olmalısınız. Biz də öz növbəmizdə İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə təmaslarımızı davam etdiririk”, - deyə Peskov jurnalistlərə bu mövzuda Amerika tərəfi ilə təmasların olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller daha əvvəl bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək beynəlxalq missiyanın yaradılması üzərində işləyir. O əlavə edib ki, belə bir təşəbbüs fəal müzakirə olunur və ABŞ müttəfiqləri ilə bu təşəbbüs üzərində çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}