Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə müzakirə aparıb
Tarix: 26-09-2023 21:18 | Bölmə: Siyasət
Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə müzakirə aparıb

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

Reyting.a
z Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}