Ermənistan Vardanyana görə Avropa məhkəməsinə müraciət ünvanlayıb
Tarix: 27-09-2023 16:53 | Bölmə: Siyasət
Ermənistan Vardanyana görə Avropa məhkəməsinə müraciət ünvanlayıb

Ermənistan Ruben Vardanyanın Azərbaycan hakimiyyəti tərəfindən saxlanılmasına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin mətbuat katibi Hasmik Samvelyan yerli KİV-lərin sualına cavabında bildirib.

Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Vardanyan Azərbaycandan Ermənistana keçərkən saxlanılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər