Azad Vətən Partiyası növbədənkənar qurultaya hazırlaşır
Tarix: 27-09-2023 17:28 | Bölmə: Siyasət
Azad Vətən Partiyası növbədənkənar qurultaya hazırlaşır
Azad Vətən Partiyasının (AzVP) növbədənkənar qurultayı keçiriləcək. Bu barədə Reyting.az-a AzVP-dən bildiriblər.

Növbədənkənar qurultayda məqsəd partiya üzvlərinin reyestrinin Ədliyyə Nazirliyi tərəfindən yoxlanılmasının nəticəsinə uyğun olaraq, “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən partiyanın Nizamnamə və Proqramında dəyişiklik və düzəlişlər etməkdir.

Partiyanın Siyasi Şurasında qəbul edilən qərara görə qurultayın 2023-cü il sentyabrın 30-da keçiriləcəyi nəzərdə tutulur. Qurultaya hər 50 nəfərdən bir nəfər olmaqla nümayəndələr seçilib. Qurultay əyani və onlayn formatda baş tutacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər