Gürcülərin 58 faizi Saakaşvilini azadlıqda görmək istəyir
Tarix: 29-09-2023 09:40 | Bölmə: Siyasət
Gürcülərin 58 faizi Saakaşvilini azadlıqda görmək istəyir

Gürcülərin 50 faizdən çoxu hesab edir ki, eks-prezident Mixail Saakaşvili əfv edilməlidir.

Reyting.az
bildirir ki, bunu Formula telekanalının sifarişi ilə “Edison Researc” şirkətinin sorğusunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, Gürcüstan vətəndaşlarının 58 faizi prezident Salome Zurabişvilinin Saakaşvilini əfv etməsinin lehinə, 42 faizi isə əleyhinə olub.

Sorğuda 18 yaşdan yuxarı 1500 Gürcüstan vətəndaşı iştirak edib.

Müxalifət dəfələrlə Zurabişvilini Saakaşvilini əfv etməyə çağırıb, lakin prezidentə görə, ona qarşı bir neçə cinayət işi açılıb və o, məhkumluğu çıxarılan işlərdə əfv olunarsa, hakimiyyət onu yenidən həbs edə bilər.

Həmçinin, əvvəllər qeyd edildiyi kimi, Saakaşvilinin azadlığa buraxılması cəmiyyətdə mənfi reaksiyalarla nəticələnə bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər