Ukrayna Qara dənizi nəzarətə götürür
Tarix: 29-09-2023 10:09 | Bölmə: Siyasət
Ukrayna Qara dənizi nəzarətə götürür

Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki uğuru yeni taxıl dəhlizinin işinə kömək edir. Reyting.az xəbər verir ki, bunu "Nev York Times" qəzeti yazıb.

ABŞ nəşri Qara dənizdə ruslar üçün əsas məhdudlaşdırıcı amilləri sıralayıb.

Ukrayna Qara dənizdə Rusiya hərbi gəmilərinə uğurlu hücumlar sayəsində getdikcə müəyyən nəzarəti təmin edə bilir.

“Nev York Times” bildirir ki, analitiklər gəmilərin - Kremlin təhdidlərinə rəğmən üzmə qabiliyyətinin Kiyevin Rusiya hərbi gəmilərini vurmaq və onları Ukrayna sularına yaxınlaşmaqdan potensial olaraq çəkindirmək üzrə yeni qabiliyyətinin nəticəsi ola biləcəyini deyirlər.

Analitiklərin fikrincə, digər mümkün məhdudlaşdırıcı amil gəmilərin Qara dənizin qərb sahilinə çıxması və NATO-ya üzv ölkələrin hava patrulları vasitəsilə Rusiyanın dənizdəki fəaliyyətini izləməyə kömək etməsi olub.

Amerika Dəniz Strategiya Mərkəzinin analitiki T. Dunlevinin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin Rusiya gəmilərinə son hücumları göstərir ki, Ukrayna Qara dənizdə getdikcə daha çox hücum mövqeyi tutmağa başlayır. O, bunu həm də dəhliz üçün uğurlu sayır.

Analitiklər diqqəti son həftələrdə Ukraynanın yeddi yük gəmisinin yeni taxıl dəhlizindən keçməsinə yönəldib.

Onu da qeyd edək ki, ilk olaraq İsrailin “Ams1” gəmisi Qara dənizdə Rusiyanın taxıl blokadasını yarıb. Sentyabrın 24-də isə Ukrayna taxılını daşıyan ikinci yükdaşıyıcı Ukrayna limanını tərk edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər